بيز و كورد حرهكهتينده اوچ سورون
مئهران باهارلي
http://kurd-yayilmasi.blogspot.com/
كورد خالقي هم توركييهˊده هم بؤلگهده ميللي حاقلاري اوغروندا اوزون و چتين و عئيني آندا حاقلي بير ساواشيم وئرمهكدهدير. توركييه دئولهتينين ده كورد كيملييينه قارشي گئچميشده تاخينديغي تاوير، سون درهجه يانليش ايدي. بو دوروم ايندي اولوملو يؤنده دهييشمهكدهدير. بو باغلامدا كورد كيملييينين رسمي اولاراق قبول ائديلمهسي، كوردجهنين كوردلهرين ياشاديقلاري بؤلگهده رسمي ديل ائعلان ائديلمهسي و بو بؤلگهده كوردلهرين اؤزلهريني يؤنهتمهسي، اينسان حاقلاري قيسقيسيندادير (چئرچيوهسيندهدير).
آنجاق بو گرچهكلهر، كورد تئروريسمي و كورد حرهكهتينده كؤك سالميش ايكي آيري آشيريليغي حاقلي قيلماز. من آشاغيدا بو ايكي آشيريليغا دهيينيرهم:
آ-كورد ياييلماچيليغي: كورد قوروپلار كورد نوفوسونون آرتماسي ايله كوردوستان سينيرلاريني گنيشلهتمهني آماجلاييرلار. بو سيياسهت ايسراييلˊين يهودي يئرلهشيملهري () گنيشلهتمه سيياسهتينه بنزهيير. بو دا هم توركييهˊده (اييدير، قارس، آرداهان، ....)، هم ده عيراق (كركوك و چئورهسي)، آزهربايجان جومهورييهتي (لاچين و چئورهسي)، سورييه (قاميشلي و چئورهسي)، خوراسان (بوجنورد،.....) و اؤزهلليكله گونئي آزهربايجانˊدا ماكيˊدان اورمو، سولدوز، سايين قالا، تيكان تپه و اورادان اسهدآباد، قوروا، بيجار، سونقورا دهك ياشايان توركلهرين اؤزلهري و ياشاديقلاري تورپاقلاريني جيددي بيچيمده تهديد ائتمهكدهدير.
ب-كورد شووئنيسمي: كورد ميللي موجاديلهسي يئيينليكله شووئنيسمله اؤزدهشلهشمهيه دوغرو گئدير. بونون اؤرنه كلهري چوخدور:
-غربي آزهربايجان، همهدان، كوردوستان و كيرمانشاه اوستانلاريندا يئرلهشهن آزهربايجان شههر، قصهبه و كندلهريني- كي بعضيسينده كوردلهرين يوزدهسي تك رقهمليدير و يا اصلهن كورد نوفوسلاري بيله يوخدور- بؤيوك كوردوستان يئركيپلهرينه (خريطهلهرينه) داخيل ائتمه و بو گرچهك ديشي يئركيپلهري دونيادا يايما
-زورلا كورد اولمايان زازا، و ايراندا گوران، لك، فئيلي و لور كيمي ايرانيل (ايرانيك) خالقلاري كورد گؤستهرمهك
-ايراندا علهوي قيزيلباش توركلهري اولماديقلاري حالدا كورد اهل-ي حاق، يارئسان، ...اينانجيندا گؤستهرمهك
-توركلهرله مسكون تورپاقلارا كورد تاريخي اويدورماق
-كيرمانشاه و كوردوستان اوستانلاريندا قالان آزهربايجان تورپاقلارينين آزهربايجانلي اولدوقلاريني و آزهربايجانˊا ايلحاق ائديلمهلهري گرهكدييني دانماق
-بو ايكي اوستاندا ياشايان تورك خالقينين وارليغيني گؤرمهزدهن گلمهك و بوتون ميللي حاقلاريني دانماق
-تورك طايفالاري (افشار، ...) كورد گؤستهرمهك
-تورك شخصييهتلهري (گئچميشدهن حسام الدين چلبي، صفي الدين اورموي،...؛ اينديكيلهردهن حاج قوربان سولئيماني، ....) كورد گؤستهرمهك
-تورك تاريخي ميراثي (قوشما چالقيسيني، بيجار خاليسيني،...) كورد گؤستهرمهك
-كورد سيياسي قوروپلار و شخصييهتلهرين ايران دئولهتي سيياسهتلهري دوغرولتوسوندا تورك خالقيني آذري آدلانديرماسي
-بوگون كوردلهرله مسكون آنجاق اسكيدهن توركلهرين ياشاديغي يئرلهرين تاريخهن توركجه اولان جوغرافي آدلاريني كوردجه آدلارلا دهييشديرمهك (خانا-پيرانشهر، ساووجبولاق-مهاباد،....)
يوخاريدا سايديغيم اوچ قونو يعني تئروريسم، ياييلماچيلييق و شووئن ميللييهتچيليك، تورك خالقي و آزه ربايجانˊي تهديد ائتمهكده و بيزيم ميللي چيخارلاريميزا ترسدير. كورد ميللي حرهكهتي بونلارا سون وئرمهديكجه، كورد-تورك و كوردوستان-آزهربايجان ايليشگيسي داها دا گرگينلهشهجهك و بؤلگهنين گلهجهييني تهليكهلي يؤنلهره ساپديرابيلهجهكدير. بوندان دا باشدا كورد خالقي اولماق اوزهره هامي ضرهرلي چيخاجاقدير.
Biz və Kürd hərəkətində üç sorun
Mehran baharlı
http://kurd-yayilmasi.blogspot.com/
kürd xalqı həm türkiyədə həm bölgə milli haqları uğrunda uzun və çətin və eyni anda haqlı bir savaşım verməkdədir. türkiyə devlətinin də kürd kimliyinə qarşı geçmişdə taxındığı tavır son dərəcə yanlış idi. bu durum indi olumlu yöndə dəyişməkdədir.
Bu bağlamda kürd kimliyinin rəsmi olaraq qəbul edilməsi, kürdcənin kürdlərin yaşadıqları bölgədə rəsmi dil elan edilməsi və bu bölgədə kürdlərin özlərini yönətməsi, insan haqları qısqısındadır (çərçivəsindədir).
ancaq bu gərçəklər kürd terorizmi və kürd hərəkətində kök salmış iki ayrı aşırılığı haqlı qılmaz. Mən aşağıda bu iki aşırılığa dəyinirəm:
a: kürd yayılmacılığı. kürd qurublar kürd nufusun artması ilə kürdüstan sınırlarını gənişlətməni amaclayılar. bu siyasət israyilin yəhudi yerləşimləri (settlement) gənişlətmə siyasətinə bənzəyir. bu da həm türkiyədə (iydir, qars, ardahan, ....), həm də iraq (kərkük və çevrəsi), azərbaycan cumhuriyəti (laçın və çevrəsi), suriyə (qamışlı və çevrəsi), xorasan (bocnurd, ...) və özəlliklə güney azərbaycanda (makıdan, urmu, sulduz, tikan təpə, sayın qala oradan bicar, qurva, əsədabad, sonqura dək yaşayan türklərin özləri və yaşadıqları topraqları ciddi biçimdə təhdit etməkdədir.
b: kürd şövenismi: kürd milli mucadiləsi yeyinliklə şövenizmlə özdəşləşməyə doğru gedir. bunun örnəkləri çoxdur:
-qərbi azərbaycan, həmədan, kürdüstan və kirmanşahan ostanlarında yerləşən azərbaycan şəhər, qəsəbə və kəndlərini ki bəzisində kürdlərin yüzdəsi tək rəqəmlidir və ya əslən kürd nufusları bilə yoxdur böyük kürdüstan yerkiplərinə (xəritələrinə) daxil etmə və bu gərçək dışı yerkipləri dünyada yayma
-zorla kürd olmayan zaza, və iranda guran, lək, feyli və lor kimi iranıl (iranic) xalqları kürd göstərmək.
-iranda ələvi qızılbaş türkləri olmadıqları halda kürd əhli haq, yaresan inancında göstərmək
-türklərlə məskun torpaqlara kürd tarixi uydurmaq
-kirmanşah və kürdüstan ostanlarında qalan azərbaycan torpaqlarının azərbaycanlı olduqlarını və azərbaycana ilhaq edilmələri gərəkdiyini danmaq
-bu iki ostanda yaşayan türk xalqının varlığını görməzdən gəlmək və milli haqlarını danmaq
-türk tayfalarını (afşar, ) kürd göstərmək
-türk şəxsiyətləri geçmişdən hüsaməddin çələbi, səfiyəddin urməvi, ... və indikilərdən hac qurban süleymani, …..ni kürd göstərmək
-türk tarixi mirası (qoşma sazı, bicar xalısını, ...) kürd göstərmək
-kürd siyasi quruplar və şəxsiyətlərin iran devləti siyasətləri doğrultusunda türk xalqını azəri adlandırması
-bugün kürdlərlə məskun ancaq eskidən türklərin yaşadığı yerlərin tarixən türkcə olan coğrafi adlarını kürdcə adlarla dəyişdirmək (xana, savucbulaq, ....)
yuxarıda saydığım üç qonu yanı terorizm, yayılmaçılıq və şöven milliyətçilik türk xalqı və azərbaycanı təhdid etməkdə və bizim milli çıxarlarımıza tərsdir. kürd milli hərəkəti bunlara son vermədikcə, kürd-türk və kürdüstan-Azərbaycan ilişgisi daha da gərginləşəcək və bölgənin gələcəyini təhlikəli yönlərə sapdırabiləcəkdir. Budan da başda kürd xalqı olmaq üzərə hamı zərərli çıxacaqdır.
0 Comments:
Post a Comment
<< Home