Saturday, April 11, 2009

Burası Sulduz kürdə keçid yox!

"Burası Sulduz kürdə keçid yox!"

Müəllif: DAK
www.d-a-k.org

“Yeddi göz” dağına toplaşmış soydaşlarımız kürdlərə lazımi cavabı veriblər
İran adlanan yerin 3-cü televiziya kanalının “30 bahar” adlı programı Güney Azərbaycanın Sulduz şəhərinin “Yeddi göz” dağından canlı yayım həyata keçirib. www.D-A-K.org –un GAİP-ə istinadən yaydığı məlumata görə, bundan istifadə edən milli fəallar mikrofonu ələ keçirərək milli şeirlər səsləndiriblər. Soydaşlarımız isə buna “Yaşasın Azərbaycan” şüarıyla cavab veriblər.

Eyni zamanda milli fəallar əllərində Azərbaycan türkcəsində "Burası Sulduz kürdə keçid yox!", "Canım gedər, Sulduz getməz!", "Burası Azərbaycan ya sev, ya tərk et!” kimi şüarlar yazılmış plakatlar tutublar. Televiziyanın kameraları bu plakatları çəkməməyə cəhd göstərsələr də, ancaq şeirlər səsləndirilərkən məcbur qalıb onları yayıma veriblər. Qeyd edək ki, “Yeddi göz” dağına toplaşmış polislər bunu əngəlləməyə çalışıblar. Ancaq soydaşlarımızın müqaviməti qarşısında geri çəkiliblər

0 Comments:

Post a Comment

<< Home