Friday, January 19, 2007




کارينانين خريطه سي و ياخود اؤزوموزه قارشي ايشله يه ن سيياست



مالمؤ سئميناري !

2003-جو ايلين ماي آييندا ايسوئچده چاليشان " آذر جمعييتي`نين " تشببوثو ايله ايسوئچين مالمؤ شهرينده " ديل و کيمليک " قونوسوندا عئلمي سئمينار کئچيريلدي. سئميناردا چيخيش ائده ن ايسوئچين اوپسالا اونيوئرسيته سينين ايشچيسي کارينا خانيم ديواردان بير خريطه آسيب، اونون اوزريندن دانيشماغا باشلادي. خريطه ده گونئي آذربايجانلا تورکييه نين بيرگه سرحددي يوخ ايدي. گونئي آذربايجانلا تورکييه ني بيرله شديره ن آذربايجان اراضيلري هاميسي کوردلره عاييد ائديلميش و کوردلرين اراضيسي ناخچيوانا قده ر اوزاديلميشدي. ماراقليدير کي، سئمينارا قاتيلان آذربايجانليلار ساکيتليکله کارينا خاميني دينله دي. منيم اليمي قالديريب مساله يه آيدينليق گتيرمک جهدلريم آلينمادي. نهايت، توپلانتينين رسمي بؤلمه سي بيته ندن سونرا آذربايجانلي کيشيلر دئييل، قادينلار ايسوئچلي خانيمي سورغو سوالا توتدولار و بو خريطه نين هانسي رسمي اورقان طرفيندن تصديق ائديلديييني سوردولار. ايسوئچلي خانيم ايسه : " ائله - بئله خريطه دير ده، گتيرميشم " دئيه ره ک جاواب وئردي. سوال اولوندو کي، سيز هئچ بير رسمي اورقان طرفيندن تصديقله نمه ميش خريطه ني ندن قولتوغونوزا ووروب رسمي قايدادا تبليغ ائديرسينيز ؟ ايسوئچلي خانيم سوالدان ياييندي

او، اؤز ايشيني گؤرموشدو. بو موباحيثه اونسوز دا مؤوقئعي هر ايکي طرفه آيدين اولان طرفلر آراسيندا گئديردي. آذربايجانليلار او دهشتلي صحنه ده سوسدو. دئمه لي، بو گون خريطه ده و سؤزده تورپاقلاريميزين بؤلونمه سي ايله راضيلاشيريقسا ساباه پروسئسي گئري دؤندرمک آرتيق گئج اولاجاق. هر شئي خريطه دن و سؤزدن باشلايير، لاپ ائله قاراباغدا اولدوغو کيمي. دئمک اولار کي، بو تبليغات بوتون آوروپاني بورويوب. و آوروپا بو تبليغاتي منيمسه يير. آمئريکانين دا مؤوقئعيني قاراباغدا و کرکوکده ده گؤروروک.

تأسوفله، اؤلکه ميزده و بؤلگه ده تورکلره قارشي پيلانلاشديريلميش هوجومدا اؤزوموزه قارشي ايشله يه ن " سيياست " هله ده بعضيلري طرفيندن يورودولور. بونلار اؤزگه لري نين قوللوغوندا بولونانلاردير.

2003 دئکابرين 23


يوخاريدا قئيد ائتديييم يازي 2003-جو ايل دئکابر آيينين 23-ده " 100 ايلين کيتابي " آدلي مقاله دن بير پارچادير. او واخت بو يازيلارا گؤره آذربايجان خالق جبهه س نين عوضولريندن بيري منه " ناکس " دئدي. من جبهه چينين ناراحاتليغين باشا دوشوردوم، بئله کي، اونلار دا اؤزوموزه قارشي ايشله يه ره ک " 20 يانوار " کيمي فاجيعه لرين تؤره ديلمه سينه شراييط ياراتديلار و خالقي قيرغينا وئرديلر.

اساس مسله اوندادير کي، بيز کارينايا يئرينده جه ائعتيراض ائتديک و اونون خريطه سيني تانيماديغيميزي بيلديرديک، واختي فوتا وئرمه دن يازي يازيب اونا قارشي چيخديق. تأسوفله بيله ره کدن و ياخود بيلمه دن اؤزوموزه قارشي سيياست يورودنلرين سايي چوخاليب. ايندي آرتيق کارينانين خريطه سيني تبليغ ائتمه يه باشلاميشلار و يازيقلار اولسون کي، همن خريطه گون آزتي وي-يه ده گليب چيخيب.

کارينا جاهاني ايسوئچلي بير خانيمدير، فارس ديلينده تميز دانيشير، اري ايران کوردودور. اونون ايراندا ياشايان ميللتلر حاقدا بيلگيسي فارس قايناقلارينا و کورد ارينين دئديکلرينه اساسلانير. اونو دا دئييم کي، کارينا جاهاني اورادا اونا سوال وئره نلرين قارشيسيندا چوخ اوتاندي و الده قاييرما بير کاغيذي خريطه کيمي تقديم ائتدييينه گؤره خجالت چکدي. چونکي ، بو آدام رسمي سندله ساختا کاغيذين فرقيني آنلاييردي.

قييوملوق

دئموکراتييا دئمکله اؤلکه دئموکراتيکله شمير. بونون اوچون گره ک اينسانلارين فيکير طرزي دييشه. ايراندا شاهليق گئتدي، ويلايت-ي فقيه گلدي. ماهييت ائعتيباريله ايکيسي ده عئيني شئيدير. بو اونو گؤسته رير کي، او دؤور بو ميللت هله يئني فيکره يييه له نمه ميشدي و قييومچولوغو يئنيسي ايله ده ييشمک ايقتيداريندا دئييلدي.

آذربايجان ميللي حرکتينده ده ميللته قييوملوق ائتمک ايسته يه نلر وار، آمما بونلار اؤزلرينه شاه و ويلايت-ي فقيه دئميرلر. بونلار، ساده جه " فداکار " آداملاردير و ايشله مشغولدورلار. کيمسه ميللته بايراق دوزه لدير، کيمسه خريطه. اولا بيلسين، بو آداملارين نييتي خوشدور. ميثال اوچون ، دئييرلر خريطه جيزان آدام هئچ ده پيس آدام دئييل، آمما بعضن خوش نييتلي لاکين، ساوادسيز " سيياستچيلرين " عمللري ميللته چوخ باها باشا گلير. مثلن ، 20 يانوار و قاراباغ`ين مووققتي ده اولسا ايتيريلمه سي کيمي فاجيعه لرله نتيجه له نير.

بايراق دوزه لديب، خريطه جيزانلارين هله اللرينده گوج و صلاحييت يوخدور. اونا باخماياراق، ميللته دئييرلر سوس، بيز سنين عوضينده قرار وئره جه ييک. گؤره سه ن بونلار قودرت يييه سي اولسا بو ميللتله نئجه داوراناجاقلار ؟

بئرتولئت برئشت`ين سؤزو ايله دئسه ک ، " اگر بونلار بيلميرلر کي، بونلارين ميللته بايراق تيکمک و خريطه جيزماق حوقوقو يوخدور، اوندا نادانديرلار، اگر بيليرلر و بيله ره کدن ائديرلر اوندا جينايتکارديرلار " .

آذربايجان ميللتينه هر هانسي آد آلتيندا گيزله نميش قييوم لازيم دئييل. هر کس اؤز آديندان و تمثيل ائتدييي تشکيلات آديندان دانيشماليدير.

مطبوعاتيميز و باشقا اينفورماسييا قايناقلاريميز بو ساحه ده جيددي ايش گؤرمه ليدير. فيکريميزجه، آيدين فيکيرلي اينسانلارين بورجو خالقا قييوملوق ائتمک يوخ، بلکه سؤز دئمک و ايسته دييي سيياسي-ايجتيماعي قوروملاري قورماق ايمکاني ياراتماقدير.

سووئت حؤکومتي قورولاندان سونرا موسکوادا آذربايجان اراضيلرينين ائرمنيستانا وئريلمه سي حاقدا موباحيثه لر گئديرميش. اصلن آذربايجانلي اولان و ميللته قييوملوق ائتمک ايسته يه ن علي حئيدر قارايئو کيميلري، خريطه جيزيب و ناخچيوان`ي، زنگه زور`و، داغليق قاراباغ`ي ائرمنيلره وئرمک ايسته ييرميش. نريمان نريمانوو علي حئيدر قارايئو`ه دئيير : آذربايجان تورپاقلاري سه نين فيلان يئرين دئييل کي، ائرمنيلره باغيشلاييرسان.

آذربايجان ميللتي هئچ کيمه، ميللته بايراق آدلي سئحرلي پارچا تيکمک و خريطه جيزماق صلاحيتيي وئرمه ييب.

صمد نيکنام

٠١-١٩-٢٠٠٧



Karinanın xəritəsi və yaxud özümüzə qarşı işləyən ” siyasət ”

Malmö seminarı !

2003-cü ilin may ayında İsveçdə çalışan "Azər Cəmiyyətinin" təşəbbüsü ilə İsveçin Malmö şəhərində "Dil və kimlik" konusunda elmi seminar keçirildi. Seminarda çıxış edən İsveçin Upsala Universitəsinin işçisi Karina xanım divardan bir xəritə asıb, onun üzərindən danışmağa başladı. Xəritədə Güney Azərbaycanla Türkiyənin birgə sərhədi yox idi. Güney Azərbaycanla Türkiyəni birləşdirən Azərbaycan əraziləri hamisi Kürdlərə aid edilmiş və Kürdlərin ərazisi Naxçıvana qədər uzadılmışdı. Maraqlıdır ki, seminara qatılan azərbaycanlılar sakitliklə Karina xamını dinlədi. Mənim əlimi qaldırıb məsələyə aydınlıq gətirmək cəhdlərim alınmadı. Nəhayət, toplantının rəsmi bölməsi bitəndən sonra azərbaycanlı kişilər deyil, qadınlar isveçli xanımı sorğu suala tutdular və bu xəritənin hansı rəsmi orqan tərəfindən təsdiq edildiyini sordular. Isvəçli xanım isə : " Elə - belə xəritədir də, gətirmişəm" deyərək cavab verdi. Sual olundu ki, siz heç bir rəsmi orqan tərəfindən təsdiqlənməmiş xəritəni nədən qoltuğunuza vurub rəsmi qaydada təbliğ edirsiniz ? Isveçli xanım sualdan yayındı.


O, öz işini görmüşdü. Bu mübahisə onsuzda mövqeyi hər iki tərəfə aydın olan tərəflər arasında gedirdi. Azərbaycanlılar o dəhşətli səhnədə susdu. Deməli, bu gün xəritədə və sözdə torpaqlarımızın bölünməsi ilə razılaşırıqsa sabah prosesi geri döndərmək artıq gec olacaq. Hər şey xəritədən və sözdən başlayır, lap elə Qarabağda olduğu kimi. Demək olar ki, bu təbliğat bütün Avropanı bürüyüb. Və Avropa bu təbliğatı mənimsəyir. Amerikanın da mövqeyini Qarabağda və Kərkükdə də görürük.

Təəssüflə, ölkəmizdə və bölgədə türklərə qarşı planlaşdırılmış hücumda özümüzə qarşı işləyən "siyasət" hələ də bəziləri tərəfindən yürüdülür. Bunlar özgələrinin qulluğunda bulunanlardır.
2003 dekabrın 23

Yuxarıda qeyd etdiyim yazı 2003-cü il dekabr ayının 23-də “ 100 ilin kitabı “ adlı məqalədən bir parçadır. O vaxt bu yazılara görə Azərbaycan Xalq Cəbhəsinin üzvlərindən biri mənə “ nakəs “ dedi. Mən cəbhəçinin narahatlığın başa düşürdüm, belə ki, onlar da özümüzə qarşı işləyərək “ 20 Yanvar” kimi faciələrin törədilməsinə şərait yaratdılar və xalqı qırğına verdilər.

Əsas məsələ ondadır ki, biz Karinaya yerindəcə etiraz etdik və onun xəritəsini tanımadığımızı bildirdik, vaxtı fota vermədən yazı yazıb ona qarşı çıxdıq. Təəssüflə bilərəkdən və yaxud bilmədən özümüzə qarşı siyasət yürüdənlərin sayı çoxalıb. İndi artıq Karinanın xəritəsini təbliğ etməyə başlamışlar və yazıqlar olsun ki, həmən xəritə GÜN AZTV-yə də gəlib çıxıb.

Karina Cahani İsveçli bir xanımdır, Fars dilində təmiz danışır, əri İran kürdüdür. Onun İranda yaşayan millətlər haqda bilgisi Fars qaynaqlarına və Kürd ərinin dediklərinə əsaslanır. Onu da deyim ki, Karina Cahani orada ona sual verənlərin qarşısında çox utandı və əldə qayırma bir kağızı xəritə kimi təqdim etdiyinə görə xəcalət çəkdi. Çünki , bu adam rəsmi sənədlə saxta kağızın fərqini anlayırdı.

Qəyyumluq

Demokratiya deməklə ölkə demokratikləşmir. Bunun üçün gərək insanların fikir tərzi dəyişə. İranda Şahlıq getdi Vilayəti Fəqih gəldi. Mahiyyət etibarilə ikisi də eyni şeydir. Bu onu göstərir ki, o dövr bu millət hələ yeni fikrə yiyələnməmişdi və qəyyumçuluğu yenisi ilə dəyişmək iqtidarında deyildi.

Azərbaycan milli hərəkətində də millətə qəyyumluq etmək istəyənlər var, amma bunlar özlərinə şah və Vilayəti Fəqih demirlər. Bunlar, sadəcə “fədakar “ adamlardır və işlə məşğuldurlar. Kimsə millətə bayraq düzəldir, kimsə xəritə. Ola bilsin, bu adamların niyyəti xoşdur. Misal üçün , deyirlər xəritə cızan adam heç də pis adam deyil, amma bəzən xoş niyyətli lakin, savadsız “ siyasətçilərin “ əməlləri millətə çox baha başa gəlir. Məsələn , 20 Yanvar və Qarabağın müvəqqəti də olsa itirilməsi kimi faciələrlə nəticələnir.

Bayraq düzəldib, xəritə cızanların hələ əllərində güc və səlahiyyət yoxdur. Ona baxmayaraq, millətə deyirlər sus, biz sənin əvəzində qərar verəcəyik. Görəsən bunlar qüdrət yiyəsi olsa bu millətlə necə davranacaqlar ?

Bertulet Breştin sözü ilə desək , “əgər bunlar bilmirlər ki, bunların millətə bayraq tikmək və xəritə cızmaq hüququ yoxdur onda nadandırlar, əgər bilirlər və bilərəkdən edirlər onda cinayətkardırlar”.

Azərbaycan millətinə hər hansı ad altında gizlənmiş qəyyum lazım deyil. Hər kəs öz adından və təmsil etdiyi təşkilat adından danışmalıdır.

Mətbuatımız və başqa informasiya qaynaqlarımız bu sahədə ciddi iş görməlidir. Fikrimizcə, aydın fikirli insanların borcu xalqa qəyyumluq etmək yox, bəlkə söz demək və istədiyi siyasi-ictimai qurumları qurmaq imkanı yaratmaqdır.

Sovet Hökuməti qurulandan sonra Moskvada Azərbaycan ərazilərinin Ermənistana verilməsi haqda mübahisələr gedirmiş. Əslən Azərbaycanlı olan və millətə qəyyumluq etmək istəyən Əliheydər Qarayev kimiləri, xəritə cızıb və Naxçıvanı, Zəngəzuru, Dağlıq Qarabağı Ermənilərə vermək istəyirmiş. Nəriman Nərimanov Əliheydər Qarayevə deyir : Azərbaycan torpaqları sənin filan yerin deyil ki, Ermənilərə bağışlayırsan.

Azərbaycan milləti heç kimə, millətə bayraq adlı sehrli parça tikmək və xəritə cızmaq səlahiyyəti verməyib.

Semed Niknam
2007-01-19

0 Comments:

Post a Comment

<< Home