Saturday, April 01, 2006


GAMOH ilə DAK'in Kürd qurumlarının düşməncilik siyasətlərinə qarşı birgə bildiriləri

Dünya Azərbaycanlılar Kongresi (DAK) və Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)-un Kürd qurumları tərəfindən irəli sürülən düşmən siyasəti ilə bağlı birgə bildiriləri

Əziz soydaşlar,

Dəyərli Azərbaycan Türk Milləti!

Sümerlərdən üzü bəri Türk Hürri mədəniyyətinin beşiyi və tarix boyu Azərbaycan Türk Millətinin vaz keçirilməz mərkəzlərindən biri olan böyük Urumiyə və Güney batı Azərbaycan torpaqları həmişə Türk varlığının insancıl, demokratik dünya görüşünün sərgisi olmuşdur. Yazılı tarix tanıqlığına görə, Urumiyə və çevrə torpaqlar bir an olsun belə Azərbaycan'dan və Azərbaycan Türklüyündən uzaq qalmamışdır. Böyük Urumiyə zaman boyu öz çeşidliyini yaşadıb, Türk hayat fəlsəfəsinin demokratik örnəklərini dünyaya göstərsə də, Azərbaycan'ın bu ənənəvi alışqanlığından sü-i istifadə edənlərin də qulaqlarını burmaqdan qalmamışdır.

Bölgəmizdə çeşidli kültür, dil, din və dəblərin dinc yaşaması məhz Türk hükumranlarının gücü ilə hayata keçmişdir. Ən əski zamanlardan bəri Asurilərin , Quttilərin, Urartoların və hətta onların əlindən qaçan əsirlərin dinc yaşamlarını qarantı edən Türk hakimləri olmuşdur. Ərəb istilasından irəli gələn gücsüzlük amilinə baxmayaraq, Türk dövlətləri islamdan sonra da bu sayaq davranışlara davam edərək bölgədə demokratik ruhun gəlişməsində böyük çabalar xərcləmişdirlər.

Kürd, Kəlimi, Asuri, Erməni, Xiristiyan və Zərtoştlər kimi azınlıqlara bağlı olan çeşitli toplumların bir araya gəlməsi və dinc yaşam sürməsi bu ideanın aydın görüntüsü deyilmi? Sözsüz ki, tarix boyu Türk çoxunluğunun çeşidli azınlıqlara basqı yapmasından bir örnək olaraq belə əldə yoxdur. Tərsinə olaraq Türk hakimiyyəti dəyişik azınlıqları qorumaqla, hətta onların hakim halinə gəlməsinə belə şərait yaratmışdır. Örnək olaraq 1945-46–ci illərdə “Kürdüstan Demokrat Partisi”nin ADF tərəfindən yaranmasını və milli bir parti halinə gəlməsini göstərmək olar.

Fars şovinizminin iş başına gəlməsi və orta əsr sayağı hegomonluq yaratması, təkcə Azərbaycan'ın güneyində Türk dövlətçiliyinin aradan qaldırması dəyil, həm də bölgədə demokrasiyanın donuq duruma düşməsi idi. Ancaq Türk toplumunun böyüklüyü, başqa yandan isə Fars dövlətçiliyinin kiçik qavramı, bölgədə dərin uygunsuzluğun ortaya gəlməsinə nədən olmuşdur. Bu üzdən çağdaş və kürəsəl ilişgilərlə tərs olan bu gedişin sona varması siginalları hər gün geçdikcə daha da uca səslə eşidilməkdədir.

Bu arada Türk millətçiliyinin dirçəlişi və Fars şovinizminin çöküş siginalları, təkcə Azərbaycan Türk Millətini deyil, Azərbaycan'da yaşayan dəyişik etnoslara bağlı olan bütün vətəndaşlarımızı da sevindirməyə başlamışdır. Belə ki, bu vətəndaşlarımız da vətənləri Azərbaycan'ı azad görən zaman, ulusal və dinsəl əridilməkdən qurtulacaqlar.

Lakin yazıqlar olsun ki, bu azınlıqların təsi olaraq, keçəri Türk gücsüzlüyündən sü-i istifadəyə qalxan Kürd parti və qurumları, bütün haqlarında olan yaxşılıqları unudaraq Türk millətinə və torpaqlarına qarşı meydan oxumağa başlamışdırlar. Kürd partilərinin belə xayincə xulyaları Azərbaycan'a dəyil, Kürd toplusuna vurulan ən acı və dərin zərbədir. Kürd partiləri istər öz cəhalətləri ilə, istərsə də Pan Farsizmin tuzağına düşməklə əsil düşməni olan Fars şovinizminə yem olmaqdadır. Kürt xanları bu gedişləri ilə hər hansı sağlam düşüncəni itirib, bölgədəki dinc yaşamları böyük soru qarşısına buraxırlar. Bu, o deməkdir ki, Kürd partiləri Kürd xalqının dinc yaşamına kölgə salır, onu, rəiyətçiliyə alçaqlığa və özgürlükdən uzağa sürükləndirir.

Kəsinliklə Kürd siyasətçilərinin bir çöxu Azərbaycan'a qarşı xayin fikirlərin irəli sürməsi yolunda dəyillər. Çünki, belə uzaq görən siyasətçilər Azərbaycan'a qarşı düşmən olmanın Kürd xalqına və bölgə xalqlarına fəlakət gətirəcəyini dərindən başa düşürlər. 50 milyonluq Azərbaycan Türk Milləti hər zaman Kürdlərə qarşı xoş niyyətli olmuş və qarşılıqlı gözləntiləri də gözləməkdədir. İstər Güney batı, istərsə də Quzey mərkəzi Azərbaycan'da Kürd azınlığı həmişə Türk Azərbaycanlıların kəsintisiz və dəyişməz himahəsində olmuşdur. Tarix boyu Türk dövlətləri qoruma sistemində yerləşən Kürdlər, bugünkü durumlarını da Türk qoruma sisteminə borcludurlar. Nə yaxşı olardı ki, Kürd rəhbərləri öz xalqının səadəti və irəliləyişi üçün Azərbaycan kimi böyük qonşunu dost tutaraq dərin müdrüklüyə sahib olsunlar.

Bə'zi Kürd partilər belə hesab edirlər ki, güya Türk torpaqları üzərində gələcək Kürd dövlətini qurmaq ücün ən əlverişli zaman elə indidir. Bu xülyavi partilər, bunu bilməlidirlər ki, Fars şovinizmi özünün çirkin hakimliyini sürmək üçün ən başda anti Azərbaycan və anti Türk siyasətini davamlı olaraq şiddətləndirmək yolundadır. Bu üzdən Azərbaycan'ı öz çövrəsində məşqul edəcək siyasətini Kürd xülyasında icra etməyə üstünlük verəcəkdir. Fars şovinizmi Azərbaycan Türk Millətinin ən kəsgin düşmənidir. Bu ortaq düşmənin tuzağına düşərək Azərbaycan'ın haqlı davasına ləkə salan hər hansı Kürd partisi, kəsinliklə Azərbaycan'ın düşməni sayılacaqdır.

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) və Dünya Azərbaycanlıları Kongresi (DAK) bir daha xəbərdarlıq edirlər ki, Kürd qurumları özlərinin qondarma və uydurma xiyallarına davam etdikcə, İran adlanan sümürgəçi dövlət hegomonluğunda yaşayan bütün əsir millətlərin, o cümlədən Kürd xalqının ortaq düşməni olan Fars şovinizminə qulluq edir. Türk torpaqları üzərində özlərinə dövlət qurma xəyalları, Kürd xalqını kəsinliklə Azərbaycan dostluğundan məhrum edəcək, onun cahil rəhbərlərini Tehran'a sarı hərəkətləndirəcəkdir. Urumiyə, Quşçu, Salmas, Sulduz, Makı, Qoşaçay, Savucbulaq və b... Azərbaycan'ın Qarabağı Qarabağımız kimi qutsallaşmış torpaqlarıdır. Bu torpaqlarda nə qədər ki, dinc yaşamaq bütün etniklərin haqqıdır, yüz o qədər xiyanət gözü ilə ona baxmaq suçdur. Azərbaycan Türklüyünün geniş demokrasiyasından sü-i istifadə edərək hər gün boş xulyalarına yeni boyut qazandıran, Kürd qurumları bilməlidirlər ki, Fars şovinizmi bütün silah və siyasəti ilə Azərbaycan Türk Milləti qarşısında diz çökməkdədir. Nə yaxşı olardı, Kürd xanları özlərini Fars tuzağından uzaqlaşdırıb, xəyanət yolundan əl çəkərək öz xalqının azadlığı, qurtuluşu uğrunda böyük qonşusunun ürəyini bulandırmaqdan əl üzsün. Belə olan halda yəqin ki, Azərbaycan, Kürd torpaqları üzərində Kürd dövlətinin qurulmasında qonşu Kürd xalqına əlindən gələni edəcəkdir. Əks tədbirdə Azərbaycan və Türk torpaqları üzərində özünə cənnət axtaranların yeri cəhənnəm olacaqdır.

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)
Dünya Azərbaycanlılar Kongrəsi (DAK)

Dr. M.Ə.ÇÖHRƏQANLI , Dr.C. DERƏXTİ

0 Comments:

Post a Comment

<< Home