Monday, April 25, 2005

Urmiyadakı seçkilərdə doğru bir siyasət yürütmək həyati əhəmiyyət daşıyır.

Urmiyadakı seçkilərdə doğru bir siyasət yürütmək həyati əhəmiyyət daşıyır.

Amma Urmiyadakı seçkilərə gəlincə, məlum olduğu kimi, 6-cı dövrdə oradakı seçkilərdə keşikçilər şurasının oyunları nəticəsində "müşarikət cəbhəsinin" adayı olan bir kürd ilk mərhələdə seçildi. Bu məsələlərlə bağlı o zaman yazdığım və "Yeni Müsavat" qəzetində çap olunan "İranda demokrasi və Cənubi Azərbaycan - 4" adı altındakı məqalədə öz mütaliələrim, statistik rəqəmlər və həmin seçkidən əldə edilən nəticələr işığında sübut etmişdim ki, Urmiya bölgəsində yaşayan kürdlər əhalinin ancaq 15 faizini təşkil edir. Bütün bunlarla birlikdə, fikrimcə, Urmiyadakı seçkilərdə doğru bir siyasət yürütmək həyati əhəmiyyət daşıyır. Doğrudur ki, bəzi dostlarımızın da dediyi kimi, bizim səsimizlə millət vəkili olanlar xalqımızın heç bir problemini həll etməyə qadir deyil, amma bugünkü şərtlər altında Urmiya seçkilərində Azərbaycan türklərinin iştirak edib öz kandidlərinə səs verməsinin xeyri ziyanından çoxdur.


Məlumdur ki, kürd dəstələrinin çoxu öz xəritələrində Urmiyanı Kürdüstanın bir bölgəsi kimi göstərir və bu yolda güclü fəaliyyət aparırlar. İraqın şimalındakı vəziyyət onları daha da şirnikləndirib və ağıllı addımlar yerinə şovinist təfəkkürün təsiri altında dəlilik edirlər. Adətən başqalarına alət olmaq zəminində sabiqələrini də nəzərdə alsaq, milli zəmində qarşıdurmaya gedəcək qədər ağılsız davranışlar sərgiləyirlər. Başa düşmürlər ki, Urmiya Kərkük deyil, bunların bu tozanağı yeni hadisələrə yerikləyən məntəqədə heç birimizin xeyrinə olmayacaqdır. Hətta altını alovlandırdıqları sacın içində özləri qovrulacaqlar. İndi birinci və ikinci dünya müharibələrində olduğu kimi, millətimiz yatmamışdır.

Biz bu təhriklərə qapılmadan bugünkü durumda və gələcəkdə hər hansı bir beynəlxalq təşkilat qarşısında müdafiəsiz qalmamaq üçün millət vəkillərinin türklərdən seçilməsinə çalışmalıyıq. Hər kəsə məlumdur ki, bu beynəlxalq təşkilatların da doğru qərar verəcəyi və verilən qərarın düzgün icrası sual altındadır. Başqa sözlə, bugünkü dünyamızda güclünün haqlı olduğu fəlsəfəsi əsasında məsələlər öz həllini tapır. Bununla belə, beynəlxalq hüququn əhəmiyyəti də inkar edilməzdir.

Boyuk Resuloglu

0 Comments:

Post a Comment

<< Home