Monday, April 25, 2005

İsfahan Erməniləri Urmiyaya yerləşdirilir

İran süni bufer zonası yaradır: İsfahan Erməniləri Urmiyaya yerləşdirilir

Artıq ikinci gündür ki, İranın İsfahan vilayətində yaşayan ermənilər azərbaycanlıların sıxlıq təşkil etdikləri Urmiya şəhərinin ətrafındakı boş kəndlərə köçürülür. Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat katibi Teymur Eminbəylinin "Ekspress"ə verdiyi məlumata görə, rəsmi Tehranın köçürülməylə bağlı planlarına Makuda yaşayan Qarakilsə erməniləri başçılıq edirlər. Urmiyanın sürətlə "erməniləşdirilməsi" isə buradakı soydaşlarımızın kəskin etirazına səbə olub.

Qeyd edək ki, son iki gün ərzində İsfahandan Urmiyaya daşınan erməni ailələrinin sayı mini keçib. Ymumilikdəsə, şəhərin ətrafında yerləşən boş kəndlərə 5 mindən artıq erməni ailəsinin köçürülməsi nəzərdə tutulur. Güneydəki mənbələrdən verilən məlumata görə, "köç əməliyyatı" zamanı ermənilərin azərbaycanlılar yaşayan kəndlərdə bir neçə gün gecələməsi soydaşlarımızla qarşıdurmaya səbəb olub.

Güneylilər rəsmi Tehranın bu addamını onların Naxçıvan və Türkiyəylə əlaqələrinin kəsilməsinə yönəldiyini və bölgədə bufer zonasının yaradılması niyyətilə əlaqələndiriblər. Onu da deyək ki, Urmiyaya gətirilən erməni ailələri hələ 1942-ci ildə - şah zamanında buradan İsfahana köçürülmüş ermənilərdir.

Məsələ münasibət öyrənmək üçün dünən İranın Azərbaycandakı səfirliyilə əlaqə yaratmağa çalışmaq da, cəhdlərimiz baş tutmadı.

0 Comments:

Post a Comment

<< Home